Trampdan tarixi abidələrlə bağlı fərman

Dünya

27.06.2020 - 17:17

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti: "Qanunsuz davranışlar edənləri uzunmüddətli həbs cəzaları gözləyir”

 

Donald Tramp tarixi abidələr və heykəllərlə bağlı fərman imzalayıb


AYNA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədəki tarixi abidə və heykəllərin qorunmasına dair fərman imzaladığı barədə “Twiter” hesabından paylaşım edib. O, açıqlamasında qanunu pozanların həbs ediləcəyini bildirib: “Son zamanlarda şiddət və zorakılıqlara qarşı mübarizədə Amerikanın tarixi abidə və heykəllərinin zərər görməsi bu qərarı imzalamağıma səbəb oldu. Böyük ölkəmizə qarşı qanunsuz davranışlar edənləri uzunmüddətli həbs cəzaları gözləyir”. 


O, həftəsonunu Nyu-Cersidə tətil etməkdən vaz keçərək Vaşinqtonda qalıb qanunun həyata keçiriləcəyindən əmin olmaq istədiyini bildirib. 


Qeyd edək ki, may ayının 25-də Corc Floydun polis şiddəti nəticəsində həyatını itirməsi ölkədə 2 həftə çəkən geniş nümayişlərə səbəb oldu. Bu nümayişlər əsnasında və sonralar ölkənin müxtəlif yerlərində köləliyə tərəfdar olan şəxsiyyətlərin heykəlləri hədəf alınaraq məhv edilirdi. Donald Tramp tarixi abidə və heykəllərə zərər verməyə, məhv etməyə çalışanlara qarşı sərt qərarlar veriləcəyini söyləmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş