Türkiyə Silahlı Qüvvələrinə havadan hücum edilib, yaralılar var

Dünya

11.10.2019 - 12:17

Hava hucumu nəticəsində 5 əsgər yaralanıb

 

Suriyanın terror quruplaşması olan PKK/PYD nəzarətində olan Tel-Rıfat bölgəsindən, Fərat Qalxanı əməliyyatı ilə azad olunmuş Hələb şəhərinə aid Azez qəsəbəsində Türkiyə silahlı qüvvələrinə aid mövqelərə havadan hücum olub.

 

AYNA Türk mediasına istinadən xəbər verir ki, havadan yağdırılan mərmi hücumu nəticəsində 5 türkiyəli əsgər yaralanıb. Yaralılar dərhal Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, Suriyanın şimalında Türkiyə silahlı qüvvələrinin “Sülh bulağı” hərəkatı bütün gücü ilə davam edir.

Müəllif: Ayna.az