Venesuelada zəlzələdə ölənlərin sayı artıb

Dünya

26.06.2026 - 13:57

235 nəfər zəlzələnin qurbanı olub: yaralananların sayı 4300-dən çoxdur

Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı artmaqda davam edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Karlos Alvarado deyib.

Qeyd edib ki, son məlumata görə, 235 nəfər zəlzələnin qurbanı olub. Yaralananların sayı isə 4300-dən çoxdur.

Nazirin sözlərinə görə, qurbanların əksəriyyəti yüngül xəsarətlər alıb: “Lakin orta və ağır xəsarətlər alanlar da var. Yaralananların çoxunun əməliyyata ehtiyacı var”.

Qeyd edək ki, çərşənbə axşamı Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ olub. Onların episentrləri Venesuelanın Yaracuy əyalətində bir-birindən 10 kilometr aralıda yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş