“İkinci Tramp” ayağını ölkədən kənara qoyar-qoymaz “Stop”la üzləşib

Dünya

22.08.2019 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Boris Conson: “Səbrli və diqqətli olsaq, istədiyimizə nail olacağıq”

 

Boris Conson, Böyük Britaniyanın (BB) Baş Naziri kimi ilk xarici səfərini həyata keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, ilk dəfə Almaniyaya səfər edərək, Kansler Angela Merkel ilə görüşüb.

 

Conson Merkel ilə baş tutan görüşdən sonra “Stop Brexit” şüarlarını səsləndirən etirazçılarla qarşılaşıb. O, BB-nin Avropa İttifaqından (Aİ) ayrılmasına etiraz edənlərə belə cavab verib: “Səbrli və diqqətli olsaq, istədiyimizə nail olacağıq”.

 

Qeyd edək ki, Consonun növbəti görüşünün Fransa Prezidenti Makron ilə keçirilməsi nəzərdə tutulub.

 

Onu da diqqətə çatdıraq ki, Consona bəzi hallarda, davranışları və xarici görünüşünə görə “İkinci Tramp” deyə yanaşırlar.

Müəllif: Ayna.az