Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazanıb

İdman

26.06.2026 - 22:09

Sabah yığmanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

Azərbaycan cüdoçusu Əhməd Yusifov Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə bürünc medal qazanıb.

Cüdo Federasiyasından AYNA.AZ-a bildirilib ki, 60 kiloqram çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Sabah yığmanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Azərbaycanın 17 cüdoçu ilə təmsil olunduğu turnirə iyunun 28-də yekun vurulacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş