"Tesla" dünyanın ən bahalı avtomobil şirkəti olub

Dünya

12.06.2020 - 02:33

Həkimlər Klinikalar SEO Xidməti

“Tesla”nın kapitallaşması 185,3 milyard dollara bərabərdir

 

ABŞ-ın “Tesla” elektrik avtomobilləri şirkətinin səhmləri 6 faiz bahalaşıb.

 

AYNA-nın məlumatına görə, nəticədə İlon Maska məxsus “Tesla”nın kapitallaşması Yaponiyanın “Toyota” şirkətini keçərək ən bahalı avtomobil şirkəti olub.

 

Hazırda “Tesla”nın kapitallaşması 185,3 milyard dollara bərabərdir. 178,7 milyard dollar kapitallaşmaya malik “Toyota” 2-ci pilləyə geriləyib.

 

İlk üçlüyü 85,5 milyard dollar kapitallaşma ilə Almaniyanın “Volkswagen” şirkəti tamamlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş