Tramp ABŞ-la danışıqlara başlamaq üçün İrana müddət verib
İran rəhbərliyi ABŞ prezidenti Donald Trampdan xəbərdarlıq məktubu alıb. Məktubda ABŞ-ın hazırlanmış plan üzrə İrana zərbələr endirəcəyi bəyan edilib.
AYNA xəbər verir ki, bu barədə "Reuters" İran rəhbərliyində olan mənbələrinə əsasən məlumat yayıb. Məlumata görə, Tramp ABŞ-la danışıqlara başlamaq üçün İrana müddət verib.
Təhdidə qarşı rəsmi Tehranın cavabı da gecikməyib. İran tərəfi Ali dini lider Ayətullah Əli Xomeneyinin hər növ danışıqlara qarşı olduğunu açıqlayıb və ABŞ-ın təhdidinin "region və beynəlxalq" problemlərlə nəticələnəcəyi haqda ABŞ-ı xəbərdar edib. Ölkələr arasında məktublaşma Oman üzərindən aparılıb.
ABŞ ilə İran arasında gərginlik ötən gün İranın ABŞ-a məxsus "Global Hawk" tipli pilotsuz təyyarənin vurulması xəbərini yaymasından sonra daha da gərginləşib.