Tacikistanda parlament seçkiləri keçirilir

Dünya

01.03.2020 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə vətəndaşları 63 deputatı seçəcəklər

 

Bu gün Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

 

AYNA xəbər verir ki, səsvermə yerli vaxtla saat 6:00-da başlayıb.

 

Səsvermələr ölkənin bütün şəhər və rayonları üzrə 3 412 seçki məntəqəsində keçirilir. Parlamentin aşağı palatasına seçkilər hər beş ildən bir təşkil olunur. Bu, Tacikistanın müstəqillik dövründə (1991-ci ildən) altıncı seçkilərdir.

 

Ölkə vətəndaşları 63 deputatı seçəcəklər.

 

Seçkilərdə yeddi siyasi təşkilat - Tacikistanın Xalq Demokratiyası Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokrat Partiyası, Sosial Demokrat Partiyası və Kommunist Partiyası iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş