Kliçko yenidən mer olmaq üçün mübarizəyə başlayır

Dünya

18.09.2019 - 06:16

Vitali Kliçko: “Mən artıq çox iş görmüşəm və daha çox iş görmək lazımdır"

 

Kiyev meri Vitali Kliçko növbəti yerli seçkilərdə yenidən bu post uğrunda mübarizəyə qoşulacaq. AYNA xəbər verir ki, bu barədə o, keçirdiyi brifinq zamanı deyib. Kliçkonun sözlərinə görə, şəhərin daha da inkişafı üçün böyük işlər görmək lazımdır:

 

“Mən artıq çox iş görmüşəm və daha çox iş görmək lazımdır. Kiyev Avropa şəhəri kimi görürəm. Şəhərin özünüidarəsi və sakinlərin marağı üçün yenidən mübarizə aparacam”.  

 

Müəllif: Ayna.az