Rəsmi Pxenyan Cənubi Koreya ilə sərhəddə səsgücləndiricilər yerləşdirir
Şimali Koreya Cənubi Koreya ilə sərhəddə səsgücləndiricilər yerləşdirilməyə başlayıb. AYNA xarici mediaya sitinadən bildirir ki, səsgücləndirici vasitələr demilitarizasiya zonasında yerləşdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmi Pxenyanın 12 milyon təbliğat vərəqəsi çap etdiyini və onların Cənubi Koreyada yayılması üçün qurğular hazırladığını açıqlamışdı. Bildirilir ki, bu məqsədlə 3 mindən çox hava şarının istifadə olunması nəzərdə tutulur.
Onu da bildirək ki, sərhəddə təbliğat vasitələrinin istifadəsindən imtina 2018-ci ilin sentyabr ayında iki ölkənin Müdafiə nazirləri tərəfindən imzalanan hərbi sazişin şərtlərindən biri idi. Saziş imzalandıqdan sonra hər iki tərəf demilitarizasiya zonasındakı təbliğat qurğularını sökmüşdü. İndi Şimali Koreya həmin şərti rəsmən pozur.
Qeyd edək ki, iyunun 16-da Şimali Koreyanın hakimiyyət orqanları Koreya Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı fəallarının KXDR ərazisinə təbliğat vərəqələri göndərməsinə cavab olaraq Keson şəhərində yerləşən əlaqə ofisini dağıdıb. Bununla da yarımadada vəziyyət yenidən gərginləşməyə başlayıb.