Dövlət Departamentinin fiskal şəffaflıq hesabatında Azərbaycanın müvafiq tələblərə cavab verdiyi öz əksini tapıb
“Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir”. AYNA.AZ xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında yer alıb.
Qeyd olunub ki, Dövlət Departamentinin fiskal şəffaflıq hesabatında Azərbaycanın müvafiq tələblərə cavab verdiyi öz əksini tapıb.
“Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığı gücləndirir və investisiyaların cəlb olunmasına şərait yaradır. Təbrik edirik, Azərbaycan!”- səfirlik qeyd edib.