Fəaliyyəti müvəqqəti olaraq dayandırılan 3 stansiya sərnişinlərin giriş-çıxışına açılıb
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən AYNA-ya verilən məlumatda deyilir:
"Oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb".