Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, üç ümumi orta məktəb fəaliyyət göstərir
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, üç ümumi orta məktəb, 18 məktəb-lisey, yeddi lisey və bir gimnaziya olmaqla, ümumilikdə, 308 ümumi təhsil məktəbi; üç xüsusi tipli ümumi orta məktəb və yeddi əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.