Rusiyada koronavirusdan ölənlərin sayı 9 mini keçib

Dünya

28.06.2020 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Ötən sutka ərzində ölkədə 6 min 791 nəfər koronavirusa yoluxub

 

Ötən sutka ərzində Rusiyada 6 min 791 nəfər koronavirusa yoluxub. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, gün ərzində 104 xəstə vəfat edib, 5 min 735 nəfər sağalıb.

 

Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 634 min 437 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 399 min 87 nəfər sağalıb, 9 min 73 nəfər vəfat edib.

 

Qeyd edək ki, Rusiya koronavirus xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş