Tailanda kişi 53 il sonra sinif yoldaşını güllələyib

Dünya

29.08.2019 - 21:59

Həkimlər Klinikalar SEO Xidməti
O, məktəb vaxtı ələ salınmasını unutmayıb 
 
Tailandın Anqthonq şəhərində 69 yaşlı kişi keçmiş sinif yoldaşını güllələyib. AYNA bizimyolinfo-ya istinadən xəbər verir ki, məktəb vaxtı ələ salınmasını unutmayıb.
 
Thanapat Anakesri 53 il Suthat Kosamayatı bağışlaya bilməyib. Suthat 16 yaşları olanda bütün sinfi Thanapata qarşı çevirib, onu birlikdə torpağa basdırıblar. Bundan sonra Anakesri məktəbi atmalı olub. Sonradan Thanapat desant, Suthat isə dərzi olacaqdı.
 
Məzunların növbəti görüşündə Thanapat həmin hadisəni xatırladıb, keçmiş sinif yoldaşına üzr istəməyi təklif edib. Suthat deyib ki, həmin məsələni unudub, heç xatırlamağa da dəyməz. Anakesri özündən çıxıb, Kosamayatı qarnından güllələyərək qisas alıb. Zərərçəkəni təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Thanapat polisə təslim olub. Dediyinə görə, keçmiş sinif yoldaşının o güllədən öldüyünü bilməyib.
Müəllif: Ayna.az