ABŞ-da miqrantlara qarşı əməliyyat, 680 nəfər tutulub

Dünya

08.08.2019 - 17:21

Ədliyyə Nazirliyinin verdiyi açıqlamada isə bölgədə çox sayda miqrantın nəzarətə alındığı bildirilib

 

ABŞ Gömrük Mühafizə Direktorunun müavini Missisipi ştatında qida emalı müəsisəinə edilən basqında 680 miqrantın tutulduğunu açıqlayıb.

 

AYNA xarici məbuata istinadən xəbər verir ki, represiyanın bu günə qədər ən böyük mühacir əməliyyatı olduğu vurğulanıb.

 

Səlahiyyətli şəxslər miqrantların qaçmasının qarşısını almaq üçün, təxminən 600 vəzifəli şəxsin səfərbər olduğunu söyləyib. Ədliyyə Nazirliyinin verdiyi açıqlamada isə bölgədə çox sayda miqrantın nəzarətə alındığı bildirilib.

 

Qeyd edək ki, miqrasiya siyasətinə görə tənqid olunan ABŞ prezidenti Donald Tramp bundan əvvəl də qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədləri bağlamışdı.

 

Trampın mühacirlərin ünvanına tez-tez alçaldıcı və təhqiramiz ifadələr işlətməsi cəmiyyətdə böyük əks-sədaya səbəb olmuşdu.

Müəllif: Rumiyyə Miraslan