Rusiyada koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir
Rusiya Prezidenti Vladimir Putin karantin və sanitar-epidemioloji qaydaları pozanların azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanunu imzalayıb.
AYNA “TASS”a istinadən xəbər verir ki, qanuna əsasən karantin rejimini pozanlar səhlənkarlığa yol verərək kütləvi yoluxmaya səbəb olarsa, 1 milyon rubl cərimələnəcək, yaxud 3 ilədək həbs ediləcəklər. Əgər rejim qaydalarını pozmaq insan ölümünə səbəb olarsa, bu cərimə 2 milyon rubl, həbs müddəti isə 5 ilədək nəzərdə tutulur.
2 və daha artıq insan ölümünə səbəb olarsa isə, həmin şəxsi 7 ilədək həbs gözləyir.