Rusiya provaslavlarından Aya Sofya barədə qərara <font color=red> ETİRAZ</font>

Dünya

06.07.2020 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

Kiril: “Ümid edirəm ki, Türkiyə rəhbərliyi qərarı ləğv edəcək”

 

Rusiyanın Pravoslav kilsəsi Türkiyənin İstanbul şəhərindəki Aya Sofya məbədinin məscidə çevrilməsi məsələsinə qarşıdır. AYNA xəbər verir ki, patriarx 1-ci Kiril qərarın xristian sivilizasiyası üçün təhlükə olduğunu düşünür.

 

“Rus xalqının dini dəyərinin alçaldılması xalqımızda dərin ağır hissi oyadacaq. Dinlərarası dialoqu saxlamaq üçün mədəbin neytral statusda qalması arzuolunandır. Ümid edirəm ki, Türkiyə rəhbərliyi qərarı ləğv edəcək”, - Kiril söyləyib.

 

Qeyd edək ki, 6-cı əsrdə Bizans imperatoru Yustinian tərəfindən inşa olunan məbəd 1453-cü ildə türklər Konstantinopolu fəth edən zaman məscidə çevrilib. 1934-cü ildə Mustafa Kamal Atatürkün qərarı ilə Aya Sofya məscid funksiyasını itirib, sadəcə tarixi abidə statusu qazanıb. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın yenidən məscid edilməsi üçün göstəriş verib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş