ABŞ əsgərləri hücuma məruz qalıb
Suriyada yerləşən ABŞ qoşunları zirehli maşınlarla Qamışlıdan çəkilməyə başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, PKK/YPG terrorçuları bu səbəbdən ABŞ əsgərlərinin karvanlarını daşqalaq ediblər.
ABŞ müdafiə naziri Mark Esper isə təxminən min nəfər ABŞ əsgərinin Suriyadan İraqın qərbinə gedəcəyini açıqlayıb.
Qeyd edək ki, “Sülh çeşməsi” hərəkatının 8-ci günündə Türkiyə və ABŞ arasında 120 saatlıq müvəqqəti atəşkəs imzalanıb.