Robert Köçəryan düz deyirmiş – <font color=red> AXI NİYƏ?!</font>

Aktual

19.11.2020 - 10:21

Mən qonşumun İNSAN olmasını istəyirəm

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Qarabağda baş verən savaşdan biz də, ermənilər də özümüz üçün müəyyən nəticələr çıxarmalıyıq. Torpaq aldıq, necə yaşayacağıq, onlarla birgə və ya ayrı, bir kənddən o biri kəndə gedəndə rusdan icazə alacağıq, ya yox – bu məsələlər hələ gələcəyin işidir. Uzun müddət müzakirə ediləcək, müxtəlif təkliflər səsləndiriləcək və s.

 

Amma əsas sual çox güman ki, ortada qalacaq: Azərbaycanlılarla ermənilər Qarabağda bir yerdə yaşaya bilərlərmi? Məncə yox. Və bunun səbəbi təkcə müharibədə hər iki tərəfin verdiyi itkilər, bir-birinə qarşı olan kin, “təzə yaralar” deyil. Dediyim kimi, mən qəti olaraq, buna inanmıram. Və bu gün düşünürəm ki, 2003-cü ilin yanvarında AŞPA-nın iclasında çıxış edərək, azərbaycanlılarla ermənilərin “etnik uyğunsuzluq” səbəbindən bir yerdə yaşaya bilməyəcəyini söyləyən o zamankı Prezident Robert Köçəryan, sən demə, düz deyirmiş. Axı niyə belə düşünürəm?! İzah edim.

Роберт Кочарян: «Президент Азербайджана Ильхам Алиев переиграл Пашиняна»

Bu sətirlərdə bizim ermənilərdən yaxşı və ya pis olmağımız barədə yarıpatriotik çıxışlar etmək fikrim yoxdur, əziz oxucu. Köçəryanın sözü ilə razılaşmağımı sizə iki misalla əsaslandırmağa çalışacağam.

 

Birinci misal

 

...1940-cı ilin martında Fin-Sovet müharibəsi zamanı Qızıl Ordu fin şəhəri Vıborqa daxil oldu. Finlər - Vıborq sakinləri evlərini tərk etməyə başladılar. Onların arasında yaşlı bir cütlük də var idi. Qab-qacaqları yığaraq, ölkələrinin rus işğalının əli çatmadığı yerlərinə getməyə qərar verən cütlük evdən çıxdı.

 

Lakin bu an həyətdə həyat yoldaşı ərindən bir neçə dəqiqə gözləməsini xahiş etdi: bağdakı çiçəklərdən dərdi, evə girdi və onları qonaq otağındakı masanın üzərindəki gül vazasına qoydu. Ər soruşdu ki, “niyə belə etdin, axı, biz onsuz da bu evdən əbədi gedirik?” Həyat yoldaşı cavab verdi: “Evə girəcəklər. İstəyirəm, bilsinlər ki, burada İNSANLAR yaşayıb”...

 

İkinci missal

 

...2005-c ildə dünya ictimaiyyətinin təzyiqi altında İsrailin Baş naziri Ariel Şaron hökuməti “Fələstinlilərdən birtərəfli ayrılma” planına başlamışdı. Bu plana uyğun olaraq Qəzza zolağında yerləşən bütün yəhudi yaşayış yerlərində yaşayan yəhudilər buradan köçürülürdü.

 

Aydındır ki, ilərdir bu bölgədə məskunlaşanlar öz əlləri ilə evlər və məktəblər tikdikləri, bağlar, xüsusilə üzüm bağları saldıqları, süd məhsulları istehsal etdikləri və Qərbi Avropaya ixrac olunan yüksək keyfiyyətli tərəvəz yetişdirdikləri yaşayış sahəsini tərk etmək istəmədilər. Bu bədbəxt insanlar günlərlə görüşlər keçirdilər, ədalət tələb etdilər, özlərini qapılara zəncirlədilər, sinaqoqlarda barrikadalar qurdular, buna görə polis onları qucaqlarına alıb ordu avtobuslarına yerləşdirmək məcburiyyətində qaldı. Və sonda köçürüldülər...

 

Ancaq yəhudi köçkünlərdən heç biri öz evini yandırmağı, dükanların şüşələrini sındırmağı və ya öz əlləri ilə əkilmiş ağacları kəsməyi düşünmədi. Özləri ilə yalnız şəxsi əşyalarını götürdülər. Neçə qatlı evlərə və dəbdəbəli villalara, müasir əkinçilik komplekslərinə, sənaye binalarına, istixanalara və onilliklər boyu zəhmət çəkilən hər şeyə gəldikdə - bütün bunlar fələstinlilərə toxunulmaz olaraq qaldı.

 

Nəticə

 

Bu gün ermənilərin Qarabağdan ağacları kəsərək, evlərin pəncərə çərçivəsini də çıxararaq, məktəbləri yandıraraq, unitazları apararaq, viran qoyaraq, çıxmaları barədə sosial şəbəkələrdə və saytlarda dolaşan çoxsaylı videoları görəndə oxuduğum bu iki hadisə yadıma düşdü.

Ermənilərin özləri ilə apardıqları əşyalar: Unitaz, su krantları... - VİDEO

Ermənilər özləri haqqında qədim, mədəni xalq təsəvvürü yaratmağa çalışırlar. Səhərlər çay əvəzinə mütləq qəhvə içmək, ən qədim tarixə və dilə malik olmağı iddia etmək, istənilən yerə bir-iki bel vuraraq, orada “erməni izi” tapmaq, paltarasılandan tutmuş velosipedə, kosmik raketə qədər hər şeyin məhz ermənilər tərəfindən icad edildiyini söyləmək… hələ qədimlik, mədənilik və alicənablığın göstəricisi deyil. Millətin səviyyəsi, etnik xüsusiyyətləri adi həyat situasiyalarında üzə çıxır.

 

Tanıyanlar bilirlər ki, nasizm dünya görüşündən olduqca uzaq bir adamam. Amma Kəlbəcərin necə viran qoyulmasını görəndən sonra, Robert Köçəryanla razılaşmaya bilmirəm – bizimlə ermənilər arasında “etnik uyğunsuzluq” var, özü də təkcə etnik yox. Mən belə millətlə bir şəhərdə, bir kənddə yaşaya bilmərəm. Mən qonşumun İNSAN olmasını istəyirəm...

Müəllif: Yoldaş Mircəfər