Almaniyanın xarici işlər naziri Kiyevə gəlib

Dünya

30.06.2025 - 11:29

cedabet dərman SEO Xidməti

Yohan Vadeful: "Mənim bu gün Kiyevə səfər etməyim vəddir"

Almaniyanın xarici işlər naziri Yohan Vadeful elan olunmamış səfərlə Kiyevə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Vadeful əmin edib ki, Almaniya hakimiyyəti “müasir hava hücumundan müdafiə sistemləri və digər silahlar, humanitar və iqtisadi yardımlar” daxil olmaqla, “bütün diqqətini Ukraynanı dəstəkləməyə” yönəldib və bu, davam edəcək.

"Mənim bu gün Kiyevə səfər etməyim vəddir", deyə XİN başçısı bildirib.

Eyni zamanda, Vadeful Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə yeni anti-Rusiya sanksiyaları üzərində işləməyə davam edəcəyini iddia edib.

DPA agentliyinin məlumatına görə, naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edir.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə ümumilikdə 40 milyard avrodan çox müxtəlif növ yardım edib. Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Kiyev rejimini silahla doldurmaq yalnız münaqişənin uzanmasına gətirib çıxarır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş