BNA sürücülərə xəbərdarlıq edib

Aktual

23.11.2020 - 11:38

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələri xahiş olunur”

 

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. BNA-dan AYNA-ya verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir.

 

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, - deyə açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə