“Aydındır ki, bu, qonşularımızın daxili işidir, lakin min illik Erməni Apostol Kilsəsinə hücumlar ən böyük narahatlıq doğurur”
“Kanonik erməni kilsəsi ölkənin indiki hakimiyyət orqanları tərəfindən hücuma məruz qalmamalıdır. Bu, Moskvanı narahat edir”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov deyib.
“Aydındır ki, bu, qonşularımızın daxili işidir, lakin təbii ki, min illik Erməni Apostol Kilsəsinə hücumlar ən böyük narahatlıq doğurur”, - nazir bildirib.
Lavrov Ermənistandakı daxili siyasi münaqişənin dindarların hüquq və maraqları, eləcə də respublikanın özünün konstitusiyasını nəzərə almaqla həll olunacağına ümid etdiyini də deyib.
Qeyd edək ki, iyunun 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları bütün ermənilərin katolikosu və Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri II Qareginin Eçmiədzindəki iqamətgahına daxil olublar. Təhlükəsizlik qüvvələrinin kilsəyə daxil olmasına səbəb arxiyepiskop Mikael Ajapaxyanın dövlət çevrilişi hazırlamaq ittihamı ilə saxlanılması olub.
Təhlükəsizlik qüvvələrinin əməliyyatı Ermənistanın Baş naziri Nikol Paşinyanın ruhanilərin iştirakı ilə hakimiyyəti ələ keçirmək planının qarşısının alınması ilə bağlı bəyanatları, həmçinin siyasətçinin II Qareginlə münaqişəsi fonunda başlayıb.