Britaniya XİN: “Türkiyəyə “Eurofighter” satışı NATO əlaqələrini gücləndirəcək”

Dünya

30.06.2025 - 15:44

cedabet dərman SEO Xidməti

Lammi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmindir

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmin olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, Lammi Türkiyəyə səfərindən əvvəl "Hürriyet" qəzetinə deyib.

"Biz “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı ilə bağlı irəliləyiş əldə etməyə davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşı da satışı dəstəkləyəcək", - nazir qeyd edib.

Onun sözlərinə görə, “Eurofighter”lərin Türkiyəyə satışı “NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində qurulmuş dostluq əlaqələrini gücləndirəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş