ABŞ İrana zərbələri tənqid edən konqresmeni əvəzləyəcək namizəd tapıb

Dünya

30.06.2025 - 12:36

cedabet dərman SEO Xidməti

Aaron Ridi gələn il Respublikaçılar Partiyasının praymerizində Tomas Massi ilə rəqabət aparacaq

ABŞ hakimiyyəti Vaşinqtonun İrana zərbələrini tənqid edən konqresmenin yerinə namizəd tapıb. AYNA.AZ xəbər verir ki, bu barədə iki mənbəyə istinadən “Politico” məlumat yayıb.

Bundan əvvəl respublikaçı Tomas Massi İran ərazisinə endirilən zərbələri ABŞ Konstitusiyasına zidd adlandırmışdı.

“Yaxın həftələrdə Ağ Ev nümayəndələri Kentukki senatoru Aaron Ridi qəbul edəcəklər və gələn il Respublikaçılar Partiyasının praymerizində Tomas Massi ilə rəqabət aparacaq”, - məqalədə qeyd edilib.

Qeyd edək ki, Tramp bu yaxınlarda Massini öz tərəfdarları sırasından kənarlaşdırıb. Prezident həmçinin qanunvericini “mənfi qüvvə” və “sadəlövh” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş