XİN-də yeni struktur edilib

Xəbərlər

30.06.2025 - 12:53

cedabet dərman SEO Xidməti

Xarici İşlər Nazirliyinin yeni strukturu təsdiqlənib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yeni strukturu təsdiqlənib. AYNA.AZ Modern.az-a istinadən xəbər verir ki, struktur cədvəli 2025-ci il iyunun 18-də rəsmiləşdirilib.

Yeni struktura görə, XİN-in nəzdində İqlim Diplomatiyası İdarəsi yaradılıb. Bu idarə nazir müavini Yalçın Rəfiyevin tabeliyində fəaliyyət göstərəcək. İdarənin əsas funksiyalarının Azərbaycan Respublikasının iqlim siyasətinin beynəlxalq arenada təmsil olunması və əlaqədar diplomatik təşəbbüslərin əlaqələndirilməsi olduğu ehtimal edilir.

Qeyd edək ki, XİN-in hazırkı strukturu nazir Ceyhun Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərir. Nazirlikdə xüsusi tapşırıqlar üzrə səfirlər, müxtəlif nazir müavinləri, eləcə də regional və funksional idarələr yer alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş