Moskvadan vəhşi üsulla verilən mesaj: bu, nə ilk, nə də sondur

Aktual

30.06.2025 - 17:11

cedabet dərman SEO Xidməti

Fərhad Mehdiyev: “Rusiyada yaşayan azərbaycanlılar diqqətli olmalıdırlar, çünki bu prosesin davam edəcəyi gözlənilir”

İyunun 27-də Rusiya dövlət səviyyəsində orada yaşayan azərbaycanlılara qarşı vəhşiliyə imza atıb. Belə ki, Sverdlovski vilayərinin Yekaterinburq şəhərində səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də olub. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib. Yekaternburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesi keçirilib. Onlar 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinirlər.

İttiham tərəfi prosesin qapalı rejimdə keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib və bundan sonra jurnalistlər zaldan çıxarılıb. Saxlanılan hər bir şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca müzakirə olunub. İttiham olunanlar müxtəlif müddətlərə həbs ediliblər. Saxlanılanlar iddia edirlər ki, onlardan zorla etiraflar alınıb.

Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı atdığı bu addım hüquqi məsələdən çox siyasi məsələyə bənzəyir. Çünki azərbaycanlıların evlərinə maskalı polisləırin hücum etməsi, zorakılıqlar törətməsi, vəhşicəsinə qətllər həyata keçirməsi heç bir hüquqi prosedur qaydalarına sığmır.

Baş verən hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dərhal dərhal və sərt reaksiya verərək bu məsələ ilə bağlı Rusiya tərəfinə rəsmi etirazını çatdırıb. Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və məsələ qəti şəkildə qaldırılıb. Bununla yanaşı, XİN Rusiya hüquq-mühafizə orqanlarının qeyri-insani hərəkətlərini pisləyən bəyanat yayıb, məsələnin araşdırılmasını tələb edib.  

Öz növbnəsində Rusiya XİN Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması ilə bağlı Azərbaycan XİN-in bəyanatına münasibət bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”.

"İyunun 28-də Azərbaycan XİN-ə dəvət olunan Rusiya müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir", - Rusiya XİN sözçüsü vurğulayıb. Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq.

Məsələnin hüquqi və siyasi aspektləri ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev deyib ki, belə vəhşilik Rusiya dövləti tərəfindən azərbaycanlılara və digər ölkələrdən olan miqrantlara qarşı nə ilk, nə də ki sondur:

- Dəfələrlə müşahidə etmişik ki, Rusiyada həbslər həyata keçiriləndə maskalı insanlar saxladığı şəxsin dərhal qarın boşluğuna təpik zərbəsi endirir və onu üzü aşağı yıxırlar və qollarına qandal vururlar. Bu şəkildə isə saxlama həyata keçirilə bilməz. Bu, beynəlxalq qanunlara ziddir. Ukrayna müharibəsindən sonra Rusiya Avropa Şurasından ayrıldı, amma vaxtilə bu Şuranın üzvü olub. Avropa Şurasının isə öz standartları var. Həbsin həyata keçirilməsi belə ola bilməz. Çünki belə həbs ləyaqətin alçaldılmasıdır. Silahlı müqavimət göstərən şəxsə və ya şəxslərə qarşı belə rəftar edilə bilər. Lakin Rusiyada baxmırlar ki, qarşıdakı silahlı müqavimət göstərir, ya yox, hər kəsi eyni şəkildə tuturlar. Bu isə qətiyyətlə demək olar ki, həm BMT-nin İşkəncə Əleyhinə Konvensiyasına ziddir, həm də Avropa Şurasının təşkilatçılığı ilə imzalanmış Avropa İnsan Haqları Konvensiyasına ziddir. Bununla yanaşı, BMT-nin xeyli sənədləri var ki, bu sənədlər zorakı üsulla saxlamanın həyata keçirilməsini qadağan edir. Burada onu qeyd etmək lazımdır ki, dövlətin cinayət icraatı çərçivəsində həyata keçirdiyi tutmalarla müharibə hüququ, terrorçulara qarşı rəftar başqa-başqa hallardır. Burada fərq olmalıdır, amma Rusiya fərq qoymur. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları evlərə basqın edir, zorakılıq tətbiqinə yol verirlər. Rusiya rəsmi şəkildə bəyan edir ki, bu insanlar başqa bir azərbaycanlının öldürülməsində şübhəli bilinirlər. Təbii ki, bu məsələ araşdırılmalıdır. Amma sırf qapı açılmayıb deyə həmin evə zorla daxil olmaq, silahdan istifadə olunub, zorakılıq tətbiq edilib ki, bu da beynəlxalq hüquqa tamamilə ziddir. Ümumiyyətlə, əvvəl vətəndaş polisə çağırılır ki, gəlsin izahat versin. Əgər hansısa şübhəli məqam varsa, vətəndaş orada saxlanılır. Yoxsa birbaşa səhər saatlarında evə basqın etmək, silahdan istifadə etmək dövlətin polisinin vəhşicəsinə hərəkətidir. Bu cinayət işi qondarma olmasa belə, həqiqətən onlar başqa bir şəxsin öldürülməsində şübhəli bilinsələr də, bu şəkildə həbsin həyata keçirilməsi vəhşilikdir. Bu, Rusiyanın öz qanunlarına da ziddir. Polisin silah tətbiq etməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş maddələr var. Zorakılıqla saxlamaqla, silah tətbiq etməklə Rusiya hüquq-mühafizə orqanları öz qanunlarını da çeynəmiş olublar. Burada daxili təhqiqat aparılmalıdır, bir daha dəqiqləşdirilməlidir ki, saxlanılan şəxslər silahlı müqavimət göstəriblərmi? Mən heç yerdə rast gəlmədim ki, öldürülən, saxlanılan azərbaycanlıların hansınınsa üzərində silah olub. Belə bir hal yoxdursa, necə silah tətbiq edilə bilər? Polis silah tətbiq edibsə, saxlanılan şəxsin silahlı müqaviməti olmalıdır. Ona görə də, Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının bu addımı qanunaziddir.

- Rusiya polisinin azərbaycanlılara qarşı belə belə rəftarının səbəbi nədir? Düzdür, Moskva tərəfindən rəsmi şəkildə bəyan edilib ki, etnik ekstremist qruplaşmanın həbsi həyata keçirilib, amma bu, inandırıcı görünmür. Demək ki, hadisənin arxasında başqa məqamlar var...

- Əvvəlcə onu qeyd edək ki, Azərbaycan həmvətənlərinin və soydaşlarının himayəsi məsələsində heç bir diplomatik qüsura yol vermir. Yəni onlarla bağlı hadisəyə biganə yanaşma yoxdur. Hətta öldürülənlər Rusiya vətəndaşı olsa da, göründüyü kimi, Azərbaycan azərbaycanlı olduğu üçün, onlara biganə yanaşmadı, diplomatik himayəsini həyata keçirməyə çalışır. Bu, məsələnin birinci tərəfidir.

İkincisi, mən azərbaycanlılara qarşı təzyiqin müəyyən müddət davam edəcəyini düşünürəm. Düzdür, Azərbaycan dövlətinin ortaya qoyduğu qətiyyətli mövqe var. Daha doğrusu, dövlətimizin konkret tələbi var ki, daxili araşdırma aparılsın və izah verilsin ki, niyə silah tətbiq edilib. Silah tətbiqi ilə insan öldürmək son çarədir. Rusiya hüquq-mühafizə orqanları izah etməlidir ki, hansı tədbirlərə əl atıb, mümkün olmadıqda son çarədən istifadə edib?! Amma Rusiya bunu edəcəkmi sualı aktualdır və mən edəcəyinə inanmıram. Çünki bu, məqsədli şəkildə, göz dağı vermək formasında vəhşicəsinə atılan addımdır. Əgər belə olmasaydı, Rusiya polisi saxlamaq istədiyi şəxsi polisə çağırardı, izahat alardı və lazım gəlsə, hüquqa uyğun şəkildə qərar verərdi. İnsanları səhər saatlarında evə basqın edərək, ailəsini qorxudaraq, bəzilərini ailəsi, qadını, uşağı ilə təhdid edərək saxlamaq, vəhşiliklə tutma həyata keçirmək bir mesaj verməkdir. Çox güman ki, Rusiya orada yaşayan soydaşlarımıza və Azərbaycan dövlətinə mesaj verir. Yəqin ki, Azərbaycanın haqlı tələblərini əvvəlki kimi həyata keçirməyəcəklər.

Düşünürəm ki, Azərbaycan tərəfi əlbəttə, Rusiyanın bu mesajına lazımi reaksiyanı göstərir və göstərəcək. Amma Rusiyada yaşayan azərbaycanlılar da diqqətli olmalıdırlar, çünki dediyim kimi, bu prosesin davam edəcəyi gözlənilir. Artıq Rusiyada Kremlin nəzarətində olan media orqanlarında azərbaycanlılara, azərbaycanlı miqrantlara qarşı təbliğata başlanılıb.

- Bu halda Azərbaycan dövləti hansı addımları atmalıdır?

- Yenə deyirəm, Azərbaycan dövləti addımlarını atır və diplomatik addımlarını da atacaq. Burada iş daha çox soydaşlarımızın üzərinə düşür. Azərbaycanlılar hüquqi problemləri varsa, onları həll etməlidirlər. Soydaşlarımız Azərbaycan disporası ilə mütəmadi əlaqədə olmalıdırlar ki, sahibsiz olmadıqları bilinsin. Eyni zamanda, kimlərin Rusiyada qalmaq problemi varsa, sənəd problemi varsa, bu problemləri aradan qaldırmalıdırlar. Bu istiqamətdə diasporadan, səfirliyimizdən yardım istəyə bilərlər. Diaspora da, səfirlik də problemi olan vətəndaşlara hüquqi yardımını əsirgəməməlidir. Rusiya dövlətinin əlinə hansısa əsas verilməməlidir ki, onlar bundan bəhanə kimi istifadə edib başqa soydaşlarımızı da zorakılığa məruz qoymasınlar.

- Rusiya sanki zorakılıqla yanaşı, psixoloji təzyiqlərini də artırmaqdadır...

- Azərbaycanlılara qarşı, ümumiyyətlə, miqrantlara qarşı psixoloji təzyiqdən Rusiya dövləti hər zaman istifadə edib. Son illərdə isə bundan daha sıx və kobud şəkildə istifadə olunur. Azərbaycanlılara qarşı psixoloji təzyiq 15 ilə yaxındır ki, davam edir. Əvvəlcə sənədləri olmayanları tutub zorakılıqla deportasiya etməkdir ki, bu, həmişə olub. İkincisi, yanaşı Rusiya vətəndaşlığının verilməsi məsələsidir ki, Ukrayna müharibəsi başlayandan bu daha geniş vüsət alıb. Təklif edilir ki, Rusiya vətəndaşlığını sadə yolla almaq istəyənlər Ukraynadakı müharibədə iştirak etsinlər. Amma biz görürük ki, Rusiya Ukraynadakı işğalçı müharibəsini hansı formada həyata keçirir. Rusiya işğal adına baxmır ki, cəbhədə neçə əsgər itirdi, ölənlər kimlərdir. Rusiyada vətəndaşlıq almaq üçün, sənədsiz miqrant olmaqdan çıxmaq üçün müharibəyə getmək risk deməkdir. Ümumiyyətlə isə niyə Rusiya vətəndaşlığı üçün bu qədər riskə gedilməlidir ki? Birincisi Rusiya nə dövlətdir ki, onun vətəndaşı olmaq üçün həyatına risk edəsən? İkincisi, biz hər zaman görmüşük ki, Rusiya öz vətəndaşına qarşı belə amansız rəftar edə bilər. Məsələn, son hadisədə öldürülənlər elə Rusiya vətəndaşları idilər.

Bununla yanaşı, demək lazımdır ki, Rusiyada bütün ölkələrdən gələn miqrantlara qarşı bu davranış mövcuddur. Bundan əvvəl də özbəklərə qarşı Rusiya dövlət səviyyəsində belə zorakılığa, vəhşiliyə yol vermişdi. Yəni bu dövlət cəngəllik qanunları ilə idarə olunur. Ən yaxşısı odur ki, ölkəmizdə normal şərait olsun, iş yerləri olsun, insanlar qazana bilsinlər ki, Rusiyaya və yaxud da başqa ölkələrə miqrasiya etməsinlər.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş