Liderlər iyulun 21-dək razılığa gəlmək məqsədi ilə danışıqları bərpa etmək barədə razılığa gəliblər
Kanadanın Baş naziri Mark Karni və ABŞ Prezidenti Donald Tramp iyulun 21-dək razılığa gəlmək məqsədi ilə ticarət danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada Maliyyə Departamentinin yaydığı məlumatda qeyd edilib.
“Baş nazir Karni və Prezident Tramp tərəflərin iyulun 21-dək razılığa gəlmək məqsədi ilə danışıqları bərpa etmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilib.