Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkaları keçirilib

Xəbərlər

30.06.2025 - 11:12

cedabet dərman SEO Xidməti

Əmək yarmarkalarında daha 60 vakansiya təqdim olunub

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. Qurumdan AYNA.AZ-a bildirilib ki, Agentlik Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirib.

Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş