Kənarda olan əməkdaşlar zəng vasitəsilə ofisə çağırılır
Azərbaycanın hüquq-mühafizə orqanları Rusiyanın “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir. AYNA.AZ-ın əldə etdiyi məlumata görə, hazırda media resursunun ofisində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Media qurumunun kənada olan əməkdaşları zəng vasitəsilə ofisə çağırılırlar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, fevralın 24-də “Rossiya seqodnya”nın (“Sputnik”) Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğu məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, media resursu Azərbaycanda yalnız bir müxbir üçün akkreditasiya ala bilər.
Buna baxmayaraq, məlum olub ki, agentlik fəaliyyətini davam etdirir, işçiləri isə işə gedir.