Sahibə Qafarova Özbəkistana səfər edib

Xəbərlər

30.06.2025 - 16:54

cedabet dərman SEO Xidməti

Spiker Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş