Daxili İşlər Nazirliyi məlumat yayıb
Quba və Qusarda sakinlərdən qanunsuz odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərdə bildirilib ki, Qusar rayonunun Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “İJ-20” markalı ov tüfəngi, Qubanın Xırt kənd sakini S.Xankişiyevin evinin həyətindən isə müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.