Şimali Koreya lideri dəniz bazasının tikintisinin sürətləndirilməsini tələb edib

Dünya

12.11.2026 - 11:41

Kim Çen In bazanın müasir avadanlıqlarla təchiz edilməsini, imkanlarının genişləndirilməsini və müdafiə istehkamlarının gücləndirilməsini əmr edib

Şimali Koreyanın şərq sahilində yeni dəniz bazası ölkə rəhbərliyinin müəyyən etdiyi müddət ərzində tikilməlidir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Şimali Koreyanın lideri Kim Çen In deyib.

"Müasir dəniz bazasının tikintisi milli təhlükəsizliyin təmin edilməsi və dəniz suverenliyinin qorunması ilə birbaşa əlaqəli olan vacib bir layihədir. Ona görə də, o, Partiya Mərkəzi Komitəsi tərəfindən müəyyən edilmiş müddət ərzində və tələb olunan keyfiyyət standartlarına uyğun olaraq başa çatdırılmalıdır", - deyə qeyd edib.

İşin gedişatını nəzərdən keçirdikdən sonra Şimali Koreya lideri bazanın müasir avadanlıqlarla təchiz edilməsini, imkanlarının genişləndirilməsini və müdafiə istehkamlarının gücləndirilməsini əmr edib. Tikintini sürətləndirmək üçün işçilərin sayının artırılmasını və layihənin idarə edilməsinin gücləndirilməsini istəyib.

Kim Çen In ölkənin dəniz qüvvələri üçün komandanlıq, təlim və inkişaf mərkəzi kimi xidmət edəcək müasir dəniz kompleksinin sürətli şəkildə yaradılmasının vacibliyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, layihənin həyata keçirilməsi Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin infrastrukturunu gücləndirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş