Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Dünya

12.11.2026 - 09:43

Sanksiyaların 16 noyabr Aİ Xarici İşlər Şurasının iclasında rəsmi olaraq təsdiqlənməsi gözlənilir

11 noyabrda Brüsseldəki Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən hərəkətlərə görə məhdudlaşdırıcı tədbirlər rejimi altında 113 şəxs və təşkilata, Rusiyanın qeyri-sabitlik yaradan fəaliyyətlərinə görə isə məhdudlaşdırıcı tədbirlər rejimi altında daha 31 şəxs və təşkilata qarşı sanksiyaları təsdiqləyiblər. AYNA.AZ xəbər verir ki, bu barədə Aİ diplomatı DW-yə bildirib.

Onun sözlərinə görə, sanksiyaların 16 noyabr bazar ertəsi günü Aİ Xarici İşlər Şurasının iclasında rəsmi olaraq təsdiqlənməsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş