Qasırğanın fəsadları artır, ağır yaralananlar var - <font color=red> VİDEO</font>

Hadisə

05.08.2019 - 16:36

Güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt Bakıda və digər bölgələrdə ciddi fəsadlara səbəb olub. 

 

AYNA xəbər verir ki, güclü küləyin təsirindən Tbilisi prospektində yerləşən “Grand Həyat” yaşayış kompleksinin qarşısında işıq dirəyi aşıb.

 

Parlament binasının qarşısında da külək işıq dirəklərini yerindən oynadır. İşıq dirəklərinin hər an aşma təhlükəsi var. Eyni zamanda, həmin ərazidə yerləşən avtobus dayanacağının damını külək uçurub.

Həmçinin Səbail rayonunda Filarmoniyanın yaxınlığında küləyin təsiri nəticəsində ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə düşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qadının vəziyyəti orta ağırdı.

 

Sumqayıt şəhəri 12-ci mikrorayonda da ağac budağı sınaraq 10 yaşlı qızın başına düşüb. Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 yaşlı qızın hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır, vəziyyəti orta-ağırdır.

Müəllif: Ayna.az