Lukaşenko: “Qərb ölkələrinin militarizasiyası davam edir”

Dünya

11.11.2026 - 21:47

"Təhlükə ondadır ki, qoşunlar və xüsusi təyinatlı qüvvələr sərhədlərimizin yaxınlığında təlim keçir”

“Rusiya və Belarus sərhədləri yaxınlığında Avropa xüsusi təyinatlı qüvvələrinin təlimi təhlükəlidir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaqşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının iclasında etdiyi çıxışında deyib.

Belarus lideri qeyd edib ki, Rusiya və Belarus 2030-cu ildə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və Avropa Birliyinə qarşı müharibə aparmayacaqlar. Onun sözlərinə görə, Moskva və Minsk avropalıları təhlükəsizliyə "kifayət qədər pul xərcləyən" kimi görürlər.

"Təhlükə ondadır ki, qoşunlar və xüsusi təyinatlı qüvvələr sərhədlərimizin yaxınlığında təlim keçir. Və təhlükə ondadır ki, Qərb ölkələrinin militarizasiyası davam edir", - deyə o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş