Kuşner: “Putin və Zelenski arasında görüş gözəl olardı"

Dünya

12.11.2026 - 10:12

"Ruslar Zelenski ilə Putin arasında görüşdən əvvəl daha çox irəliləyiş görmək istədiklərini bildirdilər"

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin görüşməsi gözəl olar”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu söpzləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner deyib.

Eyni zamanda, o, "ruslar Zelenski ilə Putin arasında görüşdən əvvəl daha çox irəliləyiş görmək istədiklərini bildirdilər" deyə qeyd edib.

Kuşner bildirib: "Düşünürəm ki, bunu istənilən vaxt etsəydilər, çox gözəl olardı. Düşünürəm ki, bu, yaxşı bir şey olardı. Amma ruslar bundan əvvəl daha çox irəliləyiş görmək istədiklərini bildirdilər. Düşünürəm ki, liderlər arasında etimad və ya rəğbət olmadığı aydındır. Ona görə də, bu cür razılaşmalar vaxt tələb edir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş