Döyüş mövqeləri irəli çəkilib - Sərhəddən xəbər var

Hadisə

14.08.2019 - 09:27

Döyüş postlarına nəzarət imkanı əldə olunub
 
Azərbaycanın sərhədçilərinin Qazax istiqamətində döyüş mövqelərini irəli çəkdiyini bildirib. AYNA xəbər verir ki, bu barədə “AzeriDefence” jurnalının baş redaktoru, hərbi jurnalist Rəşad Süleymanov özünün sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə: "Son aylarda Azərbaycan-Ermənistan dövlət sərhədindəki gərginliyin səbəbləri məlum olur.  Azərbaycan-Ermənistan dövlət sərhədində son zamanlar Ermənistan Ordusunun həyata keçirdiyi təxribatlara cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən ciddi tədbirlər həyata keçirilir. “Azeri Defence”nin məlumatına görə, düşmənin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı DSX tərəfindən önləyici tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək sərhəd döyüş məntəqələrini bir sıra istiqamətlərdə daha irəli çəkməyə nail olublar.

Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub. Eləcə də düşmən tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb. Bu barədə tərəfimizdən daha geniş material hazırlanır".
Müəllif: Ayna.az