Şəkidə çörək sexində partlayış: <font color=red> xəsarət alan var</font>

Hadisə

28.11.2019 - 20:40

Xəsarət alan qadının vəziyyəti orta ağırdır

 

Şəkidə çörək sexində partlayış baş verib. AYNA xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı 1 nəfər xəsarət alıb.

 

 Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan qadının vəziyyəti orta ağırdır. Kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. 

 

Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir.

 

Müəllif: Ayna.az