Bakıda binada yanğın: 10 nəfər tüstüdən zəhərləndi - <font color=red> VİDEO</font>

Hadisə

15.11.2019 - 05:14

Fövqəladə yanğın səbəbindən sakinlər mənzillərindən təxliyyə edilib

 

Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

 

AYNA xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək. 

 

***

 

Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın səbəbindən sakinlər mənzillərindən təxliyyə edilib. 

 

Hadisə şahidlərinin sözlərinə görə, yanğın binanın liftində başlayıb və mənzillərə keçib. 

 

Bir neçə evin tamamilə yandığı deyilir. 

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

 

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

 

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Müəllif: Ayna.az