“Oxumaq və Unutmaq Paradoksu” təqdim ediləcək

Mədəniyyət

11.11.2026 - 17:51

İbrahim Nəbioğlunun kitabının təqdimat mərasimi keçiriləcək

Jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Oxumaq və Unutmaq Paradoksu” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək.

AYNA.AZ xəbər verir ki, təqdimat mərasimi noyabrın 14-də saat 13:00-da LIBRAFF “Park Akademiya” filialında baş tutacaq.

Oxucular kitabı müəllifin özündən imzalı ala bilərlər. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş