Qaranlıqdakı kənd işıq üzü görəcək - FOTOLAR

Cəmiyyət

13.02.2024 - 14:39

“Azərişıq” Ağbaşlar kəndində işıq dirəklərinin yeniləməyə başladı

İki gün əvvəl AYNA-da "Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda" yazı dərc olundu. Yazıda qeyd olunurdu ki, Tovuz rayon Ağbaşlar kəndində illərdir işıq problemi yaşanır. Sakinlər şikayət edirdi ki, burada 60 ildən artıqdır quraşdırılan elektrik dirəkləri və naqillər qəzalı vəziyyətdədir. Bəzən aşan işıq dirəklərini sakinlər özləri kustar üsulla bərpa edir, bəzən isə işıqsız qalmamaq üçün, hətta meyvə ağaclarının budaqları ilə ötürürlər. Naqillər istifadə müddətini çoxdan başa vurduğundan sallanır, az qalır yerə dəysin.

Həmin sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, yazı dərc olunandan sonra artıq “Azərişıq” kənddə işlərə başlayıb.

Bildirilir ki, kənddə yeni işıq dirəkləri basdırılır, yeni naqillər çəkilir.

Fakt “Azərişıq” ASC tərəfindən də saytımıza təsdiqlənib.

Qaranlıqdakı kənd işıq üzü görəcək - Qaranlıqdakı kənd işıq üzü görəcək - Qaranlıqdakı kənd işıq üzü görəcək - Qaranlıqdakı kənd işıq üzü görəcək - Qaranlıqdakı kənd işıq üzü görəcək - Qaranlıqdakı kənd işıq üzü görəcək -
Müəllif: Ayna.az