Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – FOTOLAR

Cəmiyyət

11.02.2024 - 10:22

“Yağış yağır - işıq yoxdur, külək əsir - işıq yoxdur, yayda transformator qızır - işıq yoxdur, qar yağır, xətlər qırılır - işıq yoxdur. Bəs biz işığın üzünü nə vaxt görəcəyik?”

Tovuz rayon Ağbaşlar kəndində illərdir işıq problemi yaşanır. Burada 60 ildən artıqdır quraşdırılan elektrik dirəkləri və naqillər qəzalı vəziyyətdədir. Bəzən aşan işıq dirəklərini sakinlər özləri kustar üsulla bərpa edir, bəzən isə işıqsız qalmamaq üçün, hətta meyvə ağaclarının budaqları ilə ötürürlər. Naqillər istifadə müddətini çoxdan başa vurduğundan sallanır, az qalır yerə dəysin.

AYNA-ya danışan kənd sakini Şəmşəd Quliyevin sözlərinə görə, mövcud problem ilin bütün fəsillərində yaşanır: “Yağış yağır - işıq yoxdur. Külək əsir - işıq yoxdur. Yayda transformator qızır - işıq yoxdur. Qar yağır, xətlər qırılır - işıq yoxdur. Bəs biz işığın üzünü nə vaxt görəcəyik?”.

“1963-cü ildə çəkilmiş xətlərdir, amma bu günə kimi bir dəfə təmir olunmayıb. Bu dərə uzunu bircə elektrik var, onun da yaşı keçib, pensiyaya çıxasıdır, dirəyə dırmaşacaq yaşda deyil. Dəfələrlə dirəklər aşıb, naqillər qırılıb, mal-heyvan tələf olub. Ona görə də öz evinə, damına düşməsin deyə, hərə özü ağacdan, taxtadan dirək düzəldir”, - deyə həmsöhbətimiz bildirir.

Əlavə edir ki, kənddə bir aylıq işıqpulu ən çox yazan evlərdə 5 manat yazır: “Bununla belə maraqlanan yoxdur ki, qazı olmayan kənddə niyə işıq 5 manatdan artıq yazmır”.

Kənd sakini Cavanşir Alıyev 53 yaşındadır. O da AYNA-ya deyir ki, özünü biləndən kəndin işıqlarının bu vəziyyətdə olduğunu görüb: “İşıq üzünə həsrət qalırıq. Azacıq külək olan kimi xətlər dəyir bir-brinə, işıqlar sönür. Sönəndə də günlərlə olmur. Özümüz düzəltməsək, heç aylarla olmaz. 60 ilin xətləridir. Gün, şaxta, yağış öldürüb. Bir az dartan kimi qırılıb tökülür. Bu dirəyi də özüm düzəltmişəm. Burda “stolba” varıydı. Gördüm aşıb tövlənin üstünə düşəcək. Gedib meşədən ağac gətirib dirək düzəltmişəm”.

Kənddən növbəti müsahibimiz Sevil Əsədovanın dediyinə görə, evlərində elektriklə işləyən heç bir məişət əşyasından istifadə edə bilmirlər: “İşıqla şləyən hər şeyimiz yanıb. Soyuducu da işlədə bilmirik. Ət alırıq saxlayıb yeyə bilmirik. Digər ərzaqlarımız da onu kimi. Necə olur ki, bir kilometr o tərəfdə - Gədəbəydə işıq sönəndə uzağı bir saata gəlib düzəldirlər, amma bizdə kəndin camaatı özü düzəltməsə, həftələrlə maraqlanan olmur?!”.

70-dən artıq ev olan Ağbaşlar kəndinə bir transformator xidmət göstərir. Ona da xidmət demək mümkündürsə - heç bir standarta cavab vermir. Hər hansı qəza baş verərsə, transformatoru xətdən ayırmaq üçün nə ayırıcı var, nə xüsusi avtomat.

Və nəticədə çarəsiz, ümidsiz, köməksiz qalan sakinlər kütləvi olaraq kəndi tərk edirlər.

Bəlkə, Ağbaşların işığı yanmadığı, hər yan zülmət olduğu üçün “Azərişıq” bu kəndi görə bilmir ki, dərdinə çarə qılsın?

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu AYNA-ya deyib ki, sözügedən kənddə hazırda işlər başlayıb və tezliklə yeni işıq dirəkləri basdırılacaq, naqillər çəkiləcək…

Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda – Qaragünlü Ağbaşlar və qaranlıqdan haray: “Azərişıq”, burdayıq, burda –
Müəllif: İlham Mustafa