MAQATE Zaporojye AES yaxınlığında atəşkəs elan edib

Dünya

05.06.2026 - 12:51

Atəşkəs bu gündən etibarən qüvvəyə minib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) elektrik xətlərində təmir işlərinin aparılmasına imkan vermək üçün Zaporojye Atom Elektrik Stansiyası (AES) yaxınlığında yerli atəşkəs elan edib. AYNA.AZ bildirir ki, atəşkəs bu gündən etibarən qüvvəyə minib.

Bəyanat təşkilatın sosial media səhifəsində dərc edilib.

Bəyanatda deyilir: "Bu gün Zaporojye AES yaxınlığındakı cəbhə xəttində nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün elektrik xətlərində kritik təmir işləri aparmaq məqsədilə yerli atəşkəs qüvvəyə minib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş