Kilsələrə sığınanlar haqqında

Cəmiyyət

26.09.2019 - 23:03

Əldə etdiyimiz məlumatlara görə, son illərdə 27 Azərbaycan vətəndaşı Azərbaycana deportasiya olunmaması üçün kilsələrdən sığınacaq istəyib

 

Onlar hesab edirlər ki, kilsənin xüsusi qorunmasından yararlanacaqlar və barələrində olan deportasiya ilə bağlı qərarların ləğv olunmasına nail olacaqlar. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var və ölkəni tərk etmələri üçün 1 və ya 2 həftə vaxt verilib. 27 nəfərdən artıq 11 nəfəri ( 9 nəfəri artıq Azərbaycana deportasiya edilib, 2 nəfəri isə Rusiya Federasiyasına göndərilib) qaytarılıb. 

 

Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması 2017-ci ildə  hökümətin narazılığına səbəb olub. Almaniyanın Daxili İşlər Naziri 2017-ci ilin mart ayında Alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb və narahatçılıq yaradan halları müzakirə etmişdi. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirmişdi. Həmin görüşdən sonra kilsələrə münasibət tam dəyişib. 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub. 2017-ci ildə bu rəqəm stabil qalsa da 2018-ci ildə aşağı düşüb. 

 

Buna səbəb hüqüq mühafizə orqanlarının səlahiyyətlərinin genişlənməsi onlara  kilsələrə daxil olma və orada qanunsuz yaşayan sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnun genişlənməsi ilə bağlıdır.


Kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyətini əfqanlar, çeçenlər, iranlılar  təşkil edir. Hətta bu yaxınlarda bir protestant pastor (Ulriç Qampert  (l) bir əfqanıstanlı sığınacaq axtaran şəxsə dəstək verdiyi üçün Sonzofenin  məhkəməsində təqsirləndirilən şəxs kimi dəvət olunub. Məhkəmə zamanı müəyyən olunub ki, 2018-ci ilin yayından bəri əfqanıstanlı kişi Oberallgaunda pastorla  birlikdə kilsə ziyarətgahına gedib və dua edib və dini ayinləri icra edib. Gənc oğlan Almaniyaya 2015-ci ilin yayında gəlib. BAMF onun sığınacaq müraciətini rədd edib və onu 2018-ci ilin yazında Əfqanıstanın paytaxtı Kabula deportasiya etmək istəyib. O da kilsədən sığınacaq istəyib və pastor Ulriç Qampert müvafiq dövlət orqanlarına məlumat vermədən ona kilsə sığınacağı verib. 


Əfqanıstan vətəndaşının Almaniyada icazəsiz qalmağına kömək etdiyinə görə keşiş haqqında cinayət işi başlanılıb və çərşənbə günü Sonzofen məhkəməsi qarşısına çıxarılıb. Kilsələrin sığınacaq verməsini qadağan edən bir normanın mövcud olmadığını deyən vəkil pastoru müdafiə edib. "Kilsədən sığınacaq almaq bir ənənədir" deyə vəkil bildirib. 

 
Dövlət ittihamçısı bildirib ki, gənc, kilsə sığınacağına qəbul olunaraq deportasiyadan gizlənmək istəyib. Pastorisdə bilərəkdən bu qanunsuzluğa şərait yaradlıb və bundan sonra deportasiya cəhdlərinin qarşısını alınıb. 


23 yaşlı gəncin taleyinin necə olacağı bəlli deyil. Sığınacaq verilməsindən imtina ilə bağlı məhkəmə araşdırması davam edir. Bavariya Parlamentinin müvafiq  komitəsi də deportasiyasını 2020-ci ilin əvvəlinə qədər altı ay müddətinə dayandırıb.


Göründüyü kimi, artıq siyasət dəyişib və sığınacaq verən pastorların belə məsuliyyətə cəlb olunmasından çəkinmirlər. Dininizi sığınacaq üçün dəyişməyin, cünki artıq bunun da əhəmiyyəti yoxdur.

 

Əlövsət Əliyev

Müəllif: Ayna.az