Maduro reper Diddinin vəkilini tutub

Dünya

05.06.2026 - 11:37

Venesuela lideri məhkəmə iclasına hazırlıq məqsədilə müdafiəsini gücləndirir

ABŞ həbsxanasında olan və məhkəməsini gözləyən Venesuela Prezidenti Nikolas Maduro məşhur reper P.Diddinin (Şon Kombs) vəkili Ana Estevaonu özünə vəkiltutub. AYNA.AZ xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Qeyd olunub ki, Estevao rəsmi olaraq Maduronun müdafiə komandasına Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ Rayon Məhkəməsinə təqdim edilmiş bildiriş vasitəsilə əlavə edilib.

Venesuela lideri narkoterrorizm və narkotik qaçaqmalçılığında ittiham olunur.

Estevao müğənninin ən ağır cinsi istismar ittihamları ilə bəraət alması ilə başa çatan məhkəmə prosesində P.Diddini müdafiə edib.

Agentliyin məlumatına görə, Maduro iyunun 30-da keçiriləcək yeni məhkəmə iclasına hazırlıq məqsədilə müdafiəsini gücləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş