İran deputatları ABŞ-a çata biləcək raketlərin istehsalı istəyirlər

Dünya

05.06.2026 - 15:43

Qanunvericilər bu barədə Xameneyiyə müraciət ediblər

İran Parlamentinin deputatları qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verilməsi üçün Ali Rəhbər Müctəba Xameneiyə müraciət ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə İranın "Əsriran" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 85 qanunverici petisiyanı imzalayaraq, Vaşinqtonun Tehranla münaqişənin sülh yolu ilə həlli üçün danışıqlardakı mövqeyinə şübhə ilə yanaşıblar.

İsrailin "The Jerusalem Post" qəzeti yazıb ki, ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri məktubu ABŞ-a çata biləcək raketlərin hazırlanmasına çağırış kimi şərh ediblər.

İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror qəzetə bildirib ki, Vaşinqtonla danışıqlardan irəli gələn istənilən əlverişli iqtisadi şərait Tehranı bu cür inkişaf üçün lazım olan resurslarla təmin edə bilər.

Qəzetin məlumatına görə, məktubu həmçinin ABŞ ilə danışıqlara qarşı çıxan İranın keçmiş xarici işlər naziri Mənuçöhr Mottaki də daxil olmaqla bir neçə “sərt xətt” tərəfdarı imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş