Ay Yerə rekord dərəcədə yaxınlaşacaq

Maraqlı

05.06.2026 - 16:58

İyunun 15-də “Super Yeni Ay” fenomeni müşahidə olunacaq

İyunun 15-də “Super Yeni Ay” fenomeni müşahidə olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Qeyd olunub ki, bu fenomen Ayın eyni vaxtda yeni ay fazasında olması və perigeyə - orbitindəki nöqtənin Yerdən minimum məsafədə yerləşməsi ilə xarakterizə olunur.

15 iyun tarixində, Bakı vaxtı ilə saat 03:19-da Ay perigey nöqtəsindən keçəcək. Bu nöqtədə onun Yerdən məsafəsi 357.195 kilometr olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay yeni ay fazasına daxil olacaq. Perigey ilə yeni ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə olduğundan, bu hadisə astronomiyada “Super Yeni Ay” adlanır.

Qeyd edək ki, qeydə alınan ən yaxın “Super Yeni Ay”lardan biri 22 yanvar 2023-cü ildə, Ay Yer kürəsinə təxminən 356.568 kilometr məsafəyə çatdıqda baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş