Əcnəbilərə sentyabrın 15-dək möhlət verilib
Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada qalmasını tənzimləyən qaydaların müddətini sentyabrın 15-dək uzadıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, Prezident bu barədə fərman imzalayıb.
Əvvəlki qərara əsasən, pandemiya dövründə Rusiyada qalma icazəsinin vaxtı ötmüş əcnəbilər martın 15-dən iyunun 15-dək icazənin müddətini uzatmaya bilərdilər. İndi həmin şəxslərə sentyabrın 15-dək möhlət verilib.