"Biz Ukraynaya lazım olan hər şeyi təmin etməliyik”
Ukraynanı dəstəkləmək məsələsi "Könüllülər koalisiyası”nın iclasında müzakirə olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" mənbəsinə istinadən məlumat yayıb.
Mənbə deyib ki, hərbi yardımın gecikməsi Qərb ölkələri üçün "çox baha başa gələcək".
Nəşr avropalı diplomatın sözlərini sitat gətirib: "Biz Ukraynaya lazım olan hər şeyi təmin etməliyik. Çünki təzyiq göstərməyin vaxtı gəlib çatıb. İndiki hər hansı bir gecikmə hamımıza baha başa gələcək".
Məqalə müəlliflərinin fikrincə, yeni hərbi yardımın göstərilməsinin təcililiyi bu gün keçiriləcək "Könüllülər koalisiyası"nın iclasının mövzularından biri olacaq .
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makronun Kiyevə təhlükəsizlik zəmanətləri vəd etmək və Ukraynada “Patriot” raketlərinin istehsalı imkanlarını müzakirə etmək üçün "Könüllülər koalisiyası"nın liderlərini Parisdə bir araya gətirəcəyi açıqlanmışdı.